İnsanlara hürriyət, millətlərə istiqlal!

4 kənd qayıtdı, İrəvan-Tiflis marşrutu dəyişdirildi

Tavuşdakı vəziyyətlə əlaqədar İrəvan-Tiflis marşrutu müvəqqəti olaraq dəyişdirilib.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” nəqliyyat şirkətlərindən birinə istinadla məlumat yayıb.

“Maşınlar adətən İrəvandan Abovyan-Göyçə-Dilican-İcevan-Noyemberyan marşrutu ilə hərəkət edir, daha sonra Baqrataşen kəndi yaxınlığından Gürcüstan sərhədinə gedirlər. Lakin indi şirkət marşrutu dəyişib və sərnişinləri iki alternativ marşrut - Vanadzor və Alaverdi marşrutu ilə Gürcüstana daşıyır”, - məlumatda bildirilib.

Qeyd olunub ki, delimitasiyadan sonra şirkətin İcevan və Noyemberyandan keçən yoldan imtina etməsi istisna edilmir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2024

20 May 2024

BÜTÜN XƏBƏRLƏR