İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Baş naziri gələn həftə Türkiyəyə səfər edəcək

Azərbaycan və Türkiyə arasında mayın 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası və biznes forumu keçiriləcək.

“Report” bu barədə Türkiyәnin Xarici İqtisadi Əlaqələr Şurasına (DEİK) istinadən xəbər verir.

Qeyd edilib ki, Ankarada Hökumətlərarası Komissiyanın 11-ci iclası olacaq.

İclas Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçiriləcək.

Onlar həmçinin DEİK və Türkiyə Ticarət Palataları və Birjalar Birliyinin təşkil etdiyi biznes forumda iştirak edəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Qonaq

sabu 04.05.2024 08:16

Sherh moderator terefinden yoxlanılır

XƏBƏR LENTİ

21 May 2024

20 May 2024

BÜTÜN XƏBƏRLƏR