İnsanlara hürriyət, millətlərə istiqlal!

Barış Mançonun ölümündən əvvəl aldığı bu maşın Türkiyəyə gətiriləcək - FOTO

Əfsanəvi müğənni Barış Mançonun ölümündən əvvəl Belçikada aldığı qırmızı rəngli avtomobili Türkiyəyə gətiriləcək.

Bununla bağlı sənətçinin oğlu Doğukan Manço bir çox qurumlara müraciət edib.

O artıq qardaşı Batıkan Manço və anası Lale Manço Ahıskalı ilə birlikdə qurumların tələb etdiyi sənədləri yığıb və lazımi yerlərə tədim edib.

Xatırladaq ki, Doğukan Manço 1981-ci ildə Belçikada doğulub. Uşaq yaşlarda pianino və gitara dərsləri alıb.

Atasının 1999-cu ildə vəfatından sonra təhsil almaq üçün ABŞ-ın Florida ştatına gedib və təhsilini orada davam etdirib.

Şəhər və ərazi planlaşdırılması üzrə bakalavr təhsili alıb.

2013-cü ildə Star TV-də yayımlanan "Survivor" yarışmasına qatılıb. Yarışın sonunda Hilmicemdən sonra ikinci oldu.//Baku.ws

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR