İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qarışım orqanizmdə MÖCÜZƏ yaradır - 10 gün içmək kifayətdir

Qan azlığı, yəni anemiya orqanizmdə kifayət qədər qırmızı qan hüceyrələrinin yaranmaması və ya məhv olması ilə əlaqədar olaraq meydana gəlir. Qan itkisi, xroniki xəstəliklər, düzgün qidalanmamaq, orqanizmdə dəmir və digər vitamin çatışmazlığı qanazlığının yaranmasına səbəb olan amillərdir. 

Musavat.com xəbər verir ki, qan azlığını aradan qaldıran təbii üsullar mövcuddur.

Diyetoloq Leyla Qədirova bununla bağlı paylaşım edib.

Diyetoloqun təqdim etdiyi resept: 1 banan, 1 çay qaşığı kakao, yarım çay qaşığı darçın, 2 ədəd qoz, 2 ədəd xurma, 7 ədəd badam, 1 stəkan südü blenderdən keçirin və 10 gün için.

Bu dadlı qarışım anemiya ilə yanaşı, yaddaş və görmə problemlərini də aradan qaldır. D vitamini ilə zəngin olduğu üçün uşaqlarda boy və sümük inkişafını, böyüklərdə isə saç və dırnaq zəifliyini aradan qaldırır, o cümlədən öskürəyi azaldır.

Səhərlər acqarına içdikdə arıqlamağa, axşamlar yemək sonrası içdikdə isə kökəlməyə kömək edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2024

20 May 2024

BÜTÜN XƏBƏRLƏR