İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada ən çox istifadə edilən PAROLLAR

"NordPass" dünyanın ən populyar parollarının reytinqini dərc edib.

Musavat.com xəbər verir ki, sındırılması bir saniyədən çox çəkməyən parolların siyahısında birinci yeri 4,5 milyon istifadə ilə “123456” şifrəsi tutur.

İkinci yerdə 4 milyon insanın istifadə etdiyi "admin" paroludur.

İlk üçlüyü 1,3 milyon istifadəçi ilə “12345678” qapayıb.

Siyahıya daxil edilən digər çox yayılmış şifrələrə “1234567890”, “Aa123456” və “qwerty” də daxildir.

Məlumata görə, 2022-ci ildə lider olan "password" parolu 7-ci yeri tutub. Mütəxəssislərin fikrincə, bu şifrələr hər hansı biri avtomatlaşdırılmış proqramlardan istifadə etməklə cəmi bir neçə saniyə ərzində sındırıla bilər.

Belə ki, mütəxəssislər 2023-cü ildə ən çox yayılmış parolların siyahısının faktiki olaraq dəyişməz qalacağını proqnozlaşdırırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR