İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni siyasətçi: Qərb Ermənistana qarşı qeyri-insani eksperiment aparır  

“Qərbə lazım olan tək şey Rusiyanı sıxışdırıb İranın Ermənistandakı təsirini azaltmaqdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Ara Saakyan deyib.

Onun sözlərinə görə, bu proses Ermənistan üçün ağrılı üsullarla və hakimiyyətə gəlmiş Qərbin vəkillərinin əli ilə həyata keçirilir. Saakyan hesab edir ki, kəndlərin geri qaytarılmasının hazırkı mərhələsi açıq-aydın Qərbin, daha doğrusu, ABŞ-ın təhriki və nəzarəti altında baş verir.

“Hansı ölkələrin bu addımı alqışladığını görəndə bu, aydın olur. Bu münaqişə ilə bağlı proseslərə heç bir aidiyyəti olmayan dövlətlər bəyanatlar verirlər. Halbuki onların bu barədə təxmini təsəvvürləri belə yoxdur”,- deyə o, “Pressinq” proqramında bildirib. Onun sözlərinə görə, bu, insanların gözünə kül üfürmək üçün hər şeyi edən Ermənistandakı mövcud rejimə dəstək məqsədilə edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR