İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın 3 aylıq turizm gəliri REKORD qırdı

2024-cü ilin birinci rübündə Gürcüstan beynəlxalq turizmdən rekord məbləğdə gəlir əldə edib.

Musavat.com Gürcüstan Milli Turizm Administrasiyasına istinadən xəbər verir ki, üç ayda ölkənin bu sahədən gəliri 807,7 milyon dollara çatıb.

Qurumun məlumatına görə, yanvar-mart aylarında turizm gəlirləri pandemiyadan əvvəlki 2019-cu ilin birinci rübünün səviyyəsini 36,9 faiz, 2023-cü ili isə 1,5 faiz (12,3 milyon dollar) ötüb. Birinci rübdə ölkəyə 930 mindən çox turist səfəri edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Birinci rübdə xaricdən gələnlərin ümumi sayı 1,3 milyon nəfərə çatıb ki, bu da ötən illə müqayisədə 7,6 faiz çoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR