İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda hotelə SİLAHLI HÜCUM

Türkiyənin İstanbul şəhərində hotelə silahlı basqın olub.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə qəzeti məlumat yayıb.

Qeyd olunub ki, hazırda hüquq-mühafizə orqanları cinayətkarları axtarır.

Nəşrin məlumatına görə, hadisə E-5 magistralında yerləşən dördmərtəbəli hoteldə baş verib.

Cinayətkarlar binanın pəncərələrinə atəş açıb. Güllələrin bəziləri içərisində sərnişinlərin də olduğu avtobusa dəyib.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Türkiyə polisi hazırda cinayətkarları axtarır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR