İnsanlara hürriyət, millətlərə istiqlal!

Mədəniyyət Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ZİYARƏT ETDİ

Mayın 10-u dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günüdür.

Musavat.com xəbər verir ki, Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Mədəniyyət Nazirliyinin kollektivi də Heydər Əliyevin məzarını ziyarət edib.

Ölkəmizə rəhbərliyinin bütün dövrlərində mədəniyyətimizin inkişafına böyük diqqət və qayğı göstərmiş Ümummilli liderin məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2024

20 May 2024

BÜTÜN XƏBƏRLƏR