İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Həması bitirməyə AND İÇİB!

ABŞ prezidenti Co Bayden əməliyyata qarşı xəbərdarlıq edərək, əməliyyatın "qırmızı xətti" keçəcəyini bildirib.

Lakin Netanyahu ABŞ-ın xəbərdarlığını rədd edərək, İsrailin mübarizə aparmağa davam edəcəyini bildirib.

"Əgər lazım gəlsə, tək mübarizə aparmağa davam edəcəyik. Mən dedim ki, lazım gələrsə, dırnaqlarımızla vuruşacağıq", - baş nazir bildirib.

Netanyahunun müdafiə naziri Yoav Gallant ABŞ-ın xəbərdarlıqlarını rədd edərək deyib ki, İsrailin düşmənləri, eləcə də ən yaxşı dostları əmin ola bilərlər ki, onun ölkəsi baş əyməyəcək.

“Biz möhkəm dayanacağıq, məqsədlərimizə nail olacağıq”, o əlavə edib.

İsrail əsgərləri əməliyyatın başlanğıcında Misirlə olan Rəfah keçidini nəzarətə götürərək bağladılar, oranın fəaliyyətini tam şəkildə dayandırıblar.

İsrail qüvvələri şəhərdə qalan Həmas ünsürlərinə qarşı “nöqtə zərbələri” həyata keçirdiklərini bildiriblər. Bununla belə, İsrail hökuməti genişmiqyaslı hücumu istisna etməkdən imtina etdi.

İsrail, ABŞ və digər ölkələr tərəfindən terror təşkilatı kimi qadağan edilən Həmas və Fələstin İslami Cihad (PIJ) şərq ucqarlarında İsrail qüvvələrini minaatan bombaları və tank əleyhinə raketlərlə hədəfələrlə zərbələr endirdiklərini bildiriblər./ Gunaz.tv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR