İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılcadan ölüm halları daha çox bu ərazilərdə müşahidə edilir

Qızılcadan ölüm halları daha çox ucqar rayonlarda olan, qayğısız qalmış uşaqlarda müşahidə edilir.

Musavat.com apa-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib.

“Uşağın temperaturu yüksəldiyi, səpdiyi halda həkimə müraciət gecikirsə, ya xəstəxanaya qədər, ya da xəstəxanada ölüm halı qeydə alına bilir. Buna görə valideynlərə bildiririk ki, uşağın temperaturu yüksəkdirsə, səpki varsa, birbaşa həkimə müraciət etmək lazımdır. Bu zaman həkim uşağın xəstəxanada, yoxsa evdə müalicə almasını uyğun bilir. Əgər uşaq evdə müalicə alacaqsa, bu zaman ona bütün lazımı tibbi yardım göstərilir”, - o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR