İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya özü yaydı: Sülhməramlıların Qarabağdan çıxma görüntüləri ANBAAN - Tarixi VİDEO

Musavat.com xəbər verir ki, “Zvezda” telekanalı Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinin yeni görüntülərini dərc edib.

"Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Paşinyanın bu ərazini Azərbaycanın bir hissəsi kimi tanımasının məntiqi nəticəsidir", -deyə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin bildirib.

“Fakt budur ki, bura Azərbaycan ərazisidir",- deyən Paşinyanın ağzı ilə Qarabağ məsələsi həll edildikdən sonra sülhməramlılarımızın mövcudluğu məsələsi birbaşa Azərbaycan rəhbərliyi ilə təmasda həll olundu. Və onların tədricən oradan çıxarılması qərara alınıb”, - deyə Karasin əlavə edib.

Musavat.com xatırladır ki, artıq Azərbaycan (Hikmət Hacıyev) və Rusiyanın (D. Peskov) siyasi rəhbərliyi sülhməramlıların Azərbaycandan həmişəlik çıxmağa başladığını təsdiqləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR