İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyi canlı yayım edəcək

Bu gün Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində növbəti canlı yayım qızılca haqqında olacaq.

Musavat.com-un məlumatına görə, canlı yayımın qonağı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun infeksionisti Səbinə Cəfərovadır.

Yayım ərzində qızılca ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Səbinə xanıma ünvanlaya bilərsiniz.

Canlı yayım bu gün, saat 15:00-da Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında (https://www.instagram.com/sehiyyegovaz/) baş tutacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR