İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH generalı: İran tələsik və emosional hərəkət etməyəcək

"İran qətiyyətlə cavab verəcək, lakin tələsik və ya emosional hərəkət etməyəcək".

Musavat.com xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, general Təngsiri “Al-Mayadin” telekanalına müsahibəsində deyib.

O, İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə hücuma işarə edərək bildirib: "Bunların cavabı veriləcək, amma biz emosional və tələsik davranmırıq. Biz hazırıq, əmr gözləyirik"

Qeyd edək ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki səfirliyi yaxınlığına zərbələr endirib. Hadisə nəticəsində 13 nəfər ölüb. Bundan sonra Tehranla Təl-Əviv arasında münasibətlər gərginləşib.

Musavat.com
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR