İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Revanşistlərlə erməni polisi üz-üzə: bu yol bağlandı

Azərbaycanın işğal altındakı 4 kəndinin qaytarılması barədə razılaşma Ermənistandakı radikalların etirazına səbəb olub.

Musavat.com-un məlumatına görə, aksiya iştirakçıları yerli mediaya bildiriblər ki, Tavuş sakinləri hələ də Voskepar və Bağanis kəndləri yaxınlığında Gürcüstanla sərhədə gedən dövlətlərarası yolu bağlı saxlayır. Onlar vilayət qubernatoru Hayk Qalumyanla görüş tələb edirlər.

Hazırda rayon polis idarəsinin rəisi ordadır. Eyni zamanda, polis İcevandan kəndlərə gedən yolu bağlayıb ki, başqa rayonlardan da Azərbaycanla delimitasiya və ərazilərin təhvil verilməsi qərarına etiraz edən nümayişçilərə qoşula bilməsinlər.

@@TVmusavat/83633@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR