İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə daha bir təyyarə qəzalı eniş etdi

Antalyada Türkiyənin "Corendon Airlines" şirkətinə məxsus təyyarə qəzalı eniş edib. Təyyarənin ön təkəri partlayıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, hadisə Köln-Qazipaşa reysini həyata keçirən təyyarədə baş verib.

"Təyyarənin ön dayağı zədələnib. Hava gəmisindən 184 sərnişin və 6 ekipaj üzvü olmaqla, ümumilikdə 190 nəfərin təxliyəsi başa çatıb. Sərnişinlərdən xəsarət alan olmayıb. İlkin məlumatlara görə, uçuş-enmə zolağına heç bir ziyan dəyməyib", - məlumatda bildirilib.

Xatırladaq ki, dünən "Boeing 767" tipli təyyarə də şassinin açılmaması səbəbindən İstanbul Hava Limanında qəzalı eniş edib.\\ axar.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR