İnsanlara hürriyət, millətlərə istiqlal!

Ülviyyə Fətəliyeva Avropa çempionu olub - TARİXDƏ İLK

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionu olub.

Musavat.com xəbər verir ki, 27 yaşlı zəka sahibimiz qadın şahmatçılar arasında fərdi Avropa çempionatının qalibi olub.

Təmsilçimiz Yunanıstanın Rodos adasında keçirilən yarışın çempionu adını qazanıb. 10 oyunda 8,5 xal toplayan Ülviyyə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşüb. O, son turda Nino Batsiaşvili (Gürcüstan) ilə heç-heçə etməklə buna nail olub.

Qeyd edək ki, Ülviyyə iki il əvvəl qitə çempionatında 3-cü yeri tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 May 2024

16 May 2024

BÜTÜN XƏBƏRLƏR