İnsanlara hürriyət, millətlərə istiqlal!

“WhatsApp”da bu da MÜMKÜN oldu

Android üçün “WhatsApp”da videozənglər zamanı audio paylaşma funksiyası olacaq.

Məşhur “WhatsApp” messencerində Android cihazlarının istifadəçilərinə videozənglər zamanı ekranı paylaşarkən həmsöhbətləri ilə birlikdə videolara baxmaq və musiqi dinləmək imkanı verən yeni funksiya olacaq.

Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

“Ekranınızı paylaşdığınız zaman cihazınızda səsləndirdiyiniz audio partnyorunuzun cihazında da səsləndiriləcək”, - portal qeyd edib.

İstifadəçilər də birlikdə videolara baxa biləcəklər.

“Bu seçim iştirakçılara videonu oxutmağı sinxronlaşdırmağa və virtual filmə baxış sessiyası yaratmağa imkan verir”, - ekspertlər əlavə ediblər.

“WABetaInfo”nun məlumatına görə, videozəng zamanı səsin paylaşılması seçimi “Google Play Store"dan Android və “WhatsApp” üçün ən son beta yeniləmələrini quraşdıran bəzi beta testçiləri üçün əlçatandır. Xüsusiyyət yaxın həftələrdə daha geniş istifadəçilər üçün əlçatan olacaq. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2024

BÜTÜN XƏBƏRLƏR