İnsanlara hürriyət, millətlərə istiqlal!

“WhatsApp”da işimizi asanlaşdıracaq yeni funksiya - FOTO

"WhatsApp" tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün messencerə üç filtr əlavə ediblər.

BAKU.WS-in məlumatına görə, bu barədə şirkətin bloqunda bildirilib.

Tərtibatçıların fikrincə, yenilik istifadəçilərə konkret mesaj və ya söhbət tapmağa kömək edəcək.

Belə ki, messencerə üç filtr əlavə edilib: "Hamı", "Oxunmamış" və "Qruplar".

 

"Hamı" filtrini seçərkən istifadəçi bütün yazışmalarını görəcək.

"Oxunmamış" seçimini etsəniz, cavabsız qalan söhbətlər - oxunmamış mesajlarla söhbətlər və istifadəçi tərəfindən oxunmamış kimi qeyd olunan mesajlar göstəriləcək.

Üçüncü filtr - "Qruplar" icma alt qrupları da daxil olmaqla, bütün qrup yazışmalarını qrup göstərəcək.

Yenilik hazırda inkişaf mərhələsindədir. Yaxın gələcəkdə WhatsApp istifadəçiləri üçün əlçatan olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2024

BÜTÜN XƏBƏRLƏR