12 yaşlı uşaq kanalda batdı

12 yaşlı oğlanın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Samux rayonunda bir nəfər su kanalında batıb.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Şəmkir su kanalının Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb.

Batan şəxsin 2014-cü il təvəllüdlü M. Mudayev olduğu bildirilir.

Hadisə yerinə polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Axtarışlar davam edir.

17.08.2026 18:50
574