13 il əvvəl öldürülən qadının qatili tapıldı - Şəmkirdə nə baş verib?

Şəmkirdə 13 il əvvəl törədilmiş qətlin üstü açılıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Musavat.com-a DİN və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Məlumata görə, 2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

17.09.2026 16:10
1139