Rusiya Şimali Koreyadan (KXDR) daha ağır və təhlükəli olan "Hwasong-11C" (KN-30) ballistik raketlərinin ilk partiyasını təhvil alıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUS) Məlumata yayıb.
Şimali Koreya tərəfinin bildirdiyinə görə, "KN-30" raketi 2,5 tona qədər ağır döyüş başlığı daşımaq və 600–900 kilometr məsafədə yerləşən hədəfləri dəqiqliklə vurmaq gücünə malikdir.
Ukrayna kəşfiyyatının məlumatına əsasən, KXDR-dən olan təxminən 90 nəfərlik xüsusi hərbi mütəxəssis qrupu altı ədədə qədər raket buraxılış qurğusuna texniki xidmət göstərmək və əməliyyatları idarə etmək üçün artıq Rusiyanın Voronej vilayətinə dislokasiya olunub.
Musavat.com