23 yaşlı oğlan su kanalında batdı

Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində batan 23 yaşlı gəncin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Musavat.com-a verilən məlumata görə, 2003-cü il təvəllüdlü Rəvan Vaqif oğlu Məhərrəmovun meyiti batdığı ərazidən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin köməyi ilə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

26.06.2026 19:37
695