25 il sonra həmin yerə getdi - FOTO

Aktrisa Sevinc Əliyeva uşaqlıq xatirələrini izləyiciləri ilə bölüşüb.

Yaşadığı evin görüntüsünü yayımlayan aktrisa qeyd edib:

"Əvvəl burada taxtalı yaşıl qapı var idi, uşaqlığım da elə bu qapının arxasında, kommunal mənzildə keçib: bir otaqda rus qadın, bir otaqda erməni ər-arvad və balaca otaqda anamla biz. 1990-cı illərdə köçən köçdü və ancaq biz anamla qaldıq. İndi 25 ildən çox keçib köçməyimizdən, hər şey dəyişib: divarların rəngi və qapı, tək yerdəki döşəmədən başqa. Ancaq ona baxdım, istədim o balaca ayaqların hər gün qalxıb düşən addımlarını yenidən anlıq da olsa yaşayım". (Axşam.az)

13.12.2025 22:17
4021