26 yaşlı oğlan iş yerində öldü

Bakıda gənc oğlan işlədiyi yerdə ölüb.

Musavat.com xəbər verir ki, hadisə Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki daş karxanalarından birində baş verib.

Yardımlı rayon sakini 2000-ci il təvəllüdlü Samir Adixan oğlu Abbasov işlədiyi yerdə qəfil vəfat edib.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Araşdırma aparılır.

08.09.2026 12:35
1117