Tovuz rayonunda ailə münaqişəsi oğlun bıçaqlanması ilə nəticələnib.
Hadisə rayonun Ağdam kəndində baş verib. 1997-ci təvəllüdlü Nicat Məmmədov boğaz nahiyəsindən bıçaqlanıb.
Hadisəni törətməkdə onun atası Aydın Məmmədov şübhəli bilinir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində ataşdırma başlanılıb. (qafqazinfo.az)