46 yaşlı kişi Qarabağ kanalında batdı - VİDEO

Qarabağ suvarma kanalının Ağcabədi rayonundan keçən hissəsində bir nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112" qaynar telefon xəttinə rayonun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

30.07.2026 18:22
1009