5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşaq sağ qalıb.

Hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binalarından birində baş verib.

2016-cı il təvəllüdlü Tunar Mahmud oğlu Yəhyayev ehtiyatsızlıq nəticəsində yaşadığı mənzilin 5-ci mərtəbəsinin eyvanından yıxılıb.

Uşaq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./KONKRET.az

10.08.2026 13:37
905