7 azərbaycanlı gəncin öldüyü qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Qardabani rayonunda baş verən və 7 nəfərin həyatına son qoyan ağır yol qəzası ilə bağlı yeni təfərrüatlar məlum olub.  

Musavat.com xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, qəzada həyatını itirənlərin demək olar hamısı eyni yaşda - 18 yaşlı gənclər olub.

Bildirilir ki, onlar bir-birləri ilə yaxın münasibətdə olan, birlikdə idmanla məşğul olan dostlar imiş.

Hadisə şahidlərindən biri aktual.ge-yə açıqlamasında bildirib ki, qəza onun yaşadığı ərazinin yaxınlığında baş verib:

“Onlar mənim qonşularım idi. Hamısı yaxşı, tərbiyəli gənclər idi. Yüksək sürətlə hərəkət edirdilər və buna görə belə oldu. Demək olar hamısı yaşıd idi - 18 yaşlılar. Birlikdə məşq edirdilər. Onlardan biri mənim övladıma boks öyrədirdi. Həlak olanlardan 2-si qardaş idi”.

Məlumata görə, faciə bu gün səhər saatlarında qeydə alınıb. Ağır qəza nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib, 1 nəfər isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Qəzanın anbaan görüntülərini və həlak olanların fotolarını təqdim edirik.

Şahanə Rəhimli
Musavat.com

14.05.2026 15:13
1629