7 yaşlı oğlan qıcolmadan öldü

İsmayıllı rayonunda azyaşlı qıcolmadan ölüb.

Musavat.com xəbər verir ki, hadisə avqustun 5-i saat 08 radələrində rayonun İsmayıllı kəndində baş verib.

2019-cu il təvəllüdlü Nihad Seymur oğlu Rəhimov qıcolma səbəbindən xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

06.08.2026 12:52
793