ABŞ administrasiyası hesab edir ki, Çin İrana əhəmiyyətli dəstək vermir

Vaşinqton administrasiyası Çinin Tehrana ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarına mane olacaq dəstək vermədiyinə inanır.

Musavat.com xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibi Marko Rubio Nümayəndələr Palatasının Büdcə Təxsisləri Komitəsinin dinləməsində deyib: "Deyərdim ki, Çin İrana heç bir şəkildə hərəkətlərimizə və ya hərəkət etmək qabiliyyətimizə mane olacaq dəstək vermir".

Rubio bildirib ki, İranın "Çin mənşəli" hərbi texnikası var. Bununla belə, o, ABŞ-ın "qısa müddətdə Çinin İrana təqdim etdiyi hər hansı bir sistemin "döyüş meydanında fərq yaratdığına" dair heç bir əlamət görmədiyinə" əminlik verib.

Dövlət katibi Çinin ABŞ-İsrail-İran münaqişəsi ilə bağlı mövqeyinə toxunaraq əlavə edib: "Və düşünürəm ki, onlar müdaxilə etməkdə bir qədər ehtiyatlı olublar. Eyni zamanda, biz onların BMT-də kömək etmələrini istərdik".

Rubio izah edib ki, ABŞ tərəfi Çinin ABŞ tərəfindən dəstəklənən BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazı ilə bağlı qətnaməsinə veto qoymamasını gözləyir. Dövlət katibi qətnamənin Pekin üçün faydalı olacağına inanır: "Əlbəttə ki, Rusiya tərəfi ilə bu, fərqli bir məsələdir. Onlar bir sıra müxtəlif səbəblərə görə bu qətnaməyə qəti şəkildə qarşıdırlar".

Musavat.com

 

03.06.2026 09:31
195