ABŞ bizi vursa, əsas hədəfimiz... - Şamxanidən SƏRT AÇIQLAMA

ABŞ İrana zərbə endirsə, Tehranın əsas hədəfi İsrail olacaq.

Musavat.com xəbər verir ki, bunu İran ali liderinin müşaviri Əli Şamxani "Əl Mayadeen TV"yə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, ABŞ-ın təcavüzü halında İsrail ərazisi İran üçün qanuni hədəf olacaq, çünki "onlar birdir": "İsrail və Amerika iki ayrı qurum deyil; onlar birdir".

Şamxani vurğulayıb ki, "əgər Amerika hücum edərsə, əlbəttə ki, İsrail də cəlb olunacaq və bizim cavabımız mütənasib olmalıdır".

Musavat.com

03.02.2026 07:58
1627