ABŞ-da hərbi bazanın ətrafında uçuşlara məhdudiyyət qoyuldu

Kaliforniyada bombardmançı təyyarənin qəzaya uğramasından sonra hərbi aviabaza ətrafında uçuşlara qadağa tətbiq edilib.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a dispetçer xidmətindəki mənbə məlumat verib.

Məlumata görə, qəzaya uğrayan B-52 bombardmançısından sonra aviabazanın 13 kilometrlik ərazisində uçuşlar müvəqqəti olaraq dayandırılıb.

***

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 strateji bombardmançı təyyarəsi Kaliforniyada qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, hadisə Edvards hərbi hava bazasından havaya qalxdıqdan dərhal sonra baş verib. B-52 bombardmançısı sınaq uçuşunun ilk mərhələsində qəzaya uğrayıb.

CNN-in məlumatına əsasən, təyyarədə olan 8 ekipaj üzvünün hamısı həlak olub. Ölənlərin şəxsiyyəti barədə hələlik məlumat açıqlanmayıb.

Qəzanın səbəbləri də hələ məlum deyil. ABŞ qurumları hadisə ilə bağlı araşdırmaya başlayıb.

Musavat.com

Musavat.com

16.06.2026 01:52
755