ABŞ-də dəhşətli terror planı: qadın son anda... — VİDEO

ABŞ-də Nyu-York ştatının Kapitoli binasına terror hücumu planlaşdırmaqda şübhəli bilinən qadın saxlanılıb.

Musavat.com xəbər verir ki, istintaqın versiyasına əsasən, qadın İŞİD-ə sədaqət andı içib və Olbani şəhərində yerləşən Nyu-York ştatı Kapitoli binasını partlatmağı planlaşdırıb.

Məlumata görə, FBI ehtimal edilən hücum planı həyata keçirilməzdən əvvəl müdaxilə edib və qadını saxlayıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Musavat.com

20.08.2026 23:12
1015