ABŞ-də qanlı olay - Ölən və yaralananlar var

ABŞ-nin Kentukki ştatının Leksinqton şəhərindəki Çarlz Yanq parkında baş verən atışma nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb.

Yaralananlar arasında 4 yaşlı uşaq, 14 yaşlı yeniyetmə və iki böyük var.

Leksinqton polisi bildirib ki, yaralıların vəziyyəti həyati təhlükə yaratmır.

Polis hələlik şübhəlinin kimliyi barədə məlumat açıqlamayıb./Report

16.08.2026 12:20
642