ABŞ hərbi helikopteri Ərəbistan dənizinə düşdü: İtkin var

Amerika MH-60S Sea Hawk helikopteri Ərəbistan dənizinə təcili eniş edib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması yayıb.Məlumata görə, hadisə nəticəsində bir amerikalı hərbçi itkin düşüb, üç nəfər yaralanıb, lakin vəziyyətləri sabitdir.

Qəzanın düşmən hərəkətlərinin səbəb olduğuna dair heç bir əlamət olmadığı vurğulanır.

 Musavat.com

02.07.2026 08:50
691