ABŞ-ın hərbi təyyarələri ilin sonunadək İsraildə qalacaq

ABŞ-a məxsus onlarla yanacaqdaşıyan hərbi təyyarənin ilin sonuna qədər İsraildə qalacağı bildirilir.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail tərəfi ABŞ-dən Ben-Qurion hava limanında yerləşdirilmiş təyyarələrin ən azı ilin sonunadək ölkədə qalacağı barədə mesaj alıb.

Bildirilir ki, söhbət hazırda İsrail ərazisində bazalanan onlarla hava yanacaqdaşıyan təyyarədən gedir.

 

Musavat.com

19.05.2026 01:03
589