ABŞ-İran anlaşması təhlükədə – tərəflər razılaşa bilmir

İran və ABŞ arasında mümkün razılaşma memorandumu ilə bağlı danışıqlar davam edir, lakin tərəflər hələ də yekun mətn üzərində ortaq mövqeyə gələ bilməyiblər.

Musavat.com xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər arasında mesaj mübadiləsi davam etsə də, sənəd hələ son formasını almayıb. Hazırda memorandum layihəsi üzərində qarşılıqlı düzəliş və təkliflərin müzakirəsi aparılır.

Xəbərdə qeyd olunur ki, tərəflərin mətnlə bağlı fikir ayrılıqları qalmaqdadır. Bu səbəbdən mümkün razılaşma memorandumu üzrə yekun anlaşmanın əldə olunmaması və sənədin qüvvəyə minməməsi ehtimalı da istisna edilmir.

Tasnim-in məlumatına görə, danışıqlar prosesi davam edir və sənədin taleyi ilə bağlı yekun qərar hələ verilməyib.

Musavat.com

31.05.2026 23:02
518