ABŞ İran ətrafında HƏRƏKƏTƏ KEÇDİ

ABŞ iki gündür İran ətrafında kəşfiyyat uçuşları həyata keçirir.

Musavat.com xəbər verir ki, bu barədə "Flightradar24" məlumat verib.

Məlumatda bildirilir ki, ABŞ-nin müxtəlif kəşfiyyat təyyarələri İran ətrafında uçuşlar həyata keçirir.

Qeyd edək ki, "Flightradar24" dünya üzrə real vaxtda kommersiya və bəzi hərbi uçuşları izləməyə imkan verən platformadır. 

Musavat.com

19.01.2026 14:49
770