“Anadolu” agentliyinin yaydığı məlumata görə, Pakistanda keçirilən danışıqlarda iştirak edən ABŞ və İran nümayəndə heyətlərinin tərkibi açıqlanıb.
Musavat.com xəbər verir ki, tərəflər yüksək səviyyəli rəsmilərlə təmsil olunurlar.
ABŞ nümayəndə heyəti:
Cey Di Vens – ABŞ-ın vitse-prezidenti;
Stiv Uitkoff – Yaxın Şərq üzrə xüsusi elçi;
Cared Kuşner – Prezidentin baş müşaviri;
Admiral Bred Kuper – ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) komandanı.
İran nümayəndə heyəti:
Abbas Əraqçi – İranın xarici işlər naziri;
Məhəmməd Baqir Qalibaf – İran parlamentinin sədri;
Məcid Taxt-Ravançi – İranın BMT-dəki daimi nümayəndəsi;
Məhəmməd Baqir Zolqədr – İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi.
Pakistan nümayəndə heyəti (Ev sahibi):
Şahbaz Şərif – Pakistanın Baş naziri;
General Asim Munir – Pakistan Quru Qoşunlarının komandanı;
İshaq Dar – Pakistanın xarici işlər naziri;
Məhəmməd Asim Malik – Pakistanın milli təhlükəsizlik müşaviri.
Qeyd edək ki, bu görüş regiondakı gərginliyin azaldılması və diplomatik kanalların bərpası baxımından mühüm əhəmiyyət kəsb edir.
Musavat.com