ABŞ-İran razılaşması üzərində iş hələ bir neçə gün çəkəcək - CNN

ABŞ və İran arasında anlaşma memorandumunun yekunlaşdırılması daha bir neçə gün çəkə bilər.

Musavat.com xəbər verir ki, məlumatı CNN yüksək vəzifəli ABŞ rəsmisinə istinadən yayıb: "ABŞ və İran arasında anlaşma memorandumunun yekunlaşdırılması daha bir neçə gün çəkə bilər".

CNN-in məlumatına görə, ABŞ Tehranın razılaşmanın əsas bəndləri ilə razılaşdığına inanır, lakin mətnlə bağlı mübahisələr davam edir və bu da İranda uzun müddətli təsdiq tələb edir.

Musavat.com

25.05.2026 10:53
234