ABŞ İran yaxınlığında 250-dən çox hərbi təyyarə saxlayır

Pentaqon İran yaxınlığında böyük taktiki hava qüvvələrini saxlamağa davam edir.

Musavat.com Hərbi Hava İzləmə Alyansının (MATA) məlumatlarına istinadən xəbər verir ki, buraya 230-dan çox qırıcı və hücum təyyarəsi daxildir.

Son iki həftə ərzində Yaxın Şərqdəki bəzi qırıcı eskadrilyalar rotasiya edilib, lakin onların ümumi sayı azaldılmayıb.

Amerika döyüş təyyarələri əksəriyyətinin cəmləşdiyi İordaniyada, İsraildə, Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərində yerləşir.

Musavat.com

08.09.2026 12:40
649