ABŞ İrana qarşı sanksiyalarla bağlı Çinlə məsləhətləşib

Vaşinqton ABŞ-ın İrana qarşı sanksiyaları ilə bağlı məsələlərdə Moskva və Pekinlə məsləhətləşmələr aparıb.

Musavat.com xəbər verir ki, bunu jurnalistlərə ABŞ Maliyyə naziri Skott Bessent deyib: "Bu barədə Rusiya və Çinlə çox sakit söhbətlər apardıq və düşünürəm ki, bu dialoqu davam etdirə bilərik".

Bessent məsləhətləşmələrin mahiyyətini dəqiqləşdirməyib. Lakin maraqlı fikir səsləndirib: "İranla bağlı məsələdə Çinlə ortaq cəhətlərimiz fikir ayrılıqlarından daha çoxdur".

Musavat.com

02.09.2026 10:18
978