ABŞ İranda bu obyektə zərbə endirəcək

ABŞ bu həftəsonu Nətənz yaxınlığında, Kolanq Qaz La dağının altında gizlədilən İranın yeni nüvə obyektinə zərbə endirə bilər.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, planlaşdırılan hücumun miqyası və hədəflərin siyahısı hələ tam aydın deyil, lakin ABŞ ordusu həm İranın enerji, həm də nüvə obyektlərinə zərbə endirməyə hazırdır.

Qeyd olunur ki, ABŞ administrasiyası İranın enerji infrastrukturunun bombalanması halında Tehranın Fars körfəzinə qarşı cavab zərbələri endirə biləcəyindən və qlobal enerji bazarında daha böyük pozuntulara səbəb ola biləcəyindən qorxur.

Musavat.com

01.08.2026 08:42
863