ABŞ İranla müharibədə iki məqsəd güdür - Vens

Vaşinqtonun İranla münaqişədə iki əsas məqsədi var: amerikalılar üçün enerji qiymətlərini aşağı saxlamaq və İranın nüvə silahı əldə etməsinin qarşısını almaq.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti J.D. Vens Fox News-a verdiyi müsahibədə deyib. O, ABŞ-ın İranla münaqişədən daha güclü mövqedə çıxacağına əmin olduğunu qeyd edib: "Düşünürəm ki, bu, ABŞ-ı daha güclü mövqedə qoyacaq, çünki İranın nüvə silahı olmayacaq və Hörmüz boğazı Amerika xalqı üçün neft və qaz qiymətlərinin sabit olduğu vəziyyətə qayıdacaq".

Musavat.com

14.08.2026 08:00
928