ABŞ Dövlət Departamenti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə yüksəkrütbəli nümayəndəsi barədə məlumata görə 10 milyon dollaradək mükafat təklif edir.
Musavat.com xəbər verir ki, bu şəxslərin sırasına SEPAH-ın baş komandanı Əhməd Vahidi, Mərkəzi Hərbi Komandanlığın rəisi Əli Abdullahi, Aerokosmik Qüvvələrin komandanı Səid Ağacani, Kiber-elektron Komandanlığının rəisi Həmid Rza Ləşgəryan və Kəşfiyyat İdarəsinin rəisi Məcid Xademi daxildir.
Qeyd edək ki, Kəşfiyyat İdarəsinin rəisi Məcid Xademi aprelin 6-da İsrailin aviazərbəsi nəticəsində öldürülsə də, ABŞ Dövlət Departamenti onun adını yenə də siyahıya daxil edib.
Musavat.com
