ABŞ Ordusu yeddinci gecənin hesabatını açıqladı

ABŞ ordusu İran ərazisinə növbəti zərbələri başa çatdırıb.


Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında paylaşıb: "ABŞ qüvvələri İrana ardıcıl yeddinci gecə zərbələrini endirib".

Komandanlıq hansı obyektlərin vurulduğunu da açıqlayıb: "CENTCOM qüvvələri müşahidə məntəqələrinə, hərbi logistika infrastrukturuna, yeraltı silah saxlama obyektlərinə və dəniz aktivlərinə zərbələr endirib".

Musavat.com

18.07.2026 09:53
572