Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamenti Qətərə dörd ədədədək "KC-46A" təyyarə-yanacaqdolduranının və müvafiq avadanlıqların satışını bəyənib. Sövdələşmənin ümumi dəyəri 4,5 milyard dollar təşkil edir.
Satış paketinə həmçinin səkkiz ədəd "PW4062" turboventilyator mühərriki, radiolokasiya şüalanması barədə xəbərdarlıq sistemləri və digər xüsusi avadanlıqlar daxildir.
Musavat.com