ABŞ Tayvanla bağlı Çinlə heç bir məsləhətləşmə aparmır - Rubio

ABŞ Tayvana silah satışı ilə bağlı Çinlə məsləhətləşmir.

Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko deyib:

"Biz bu satışlarla bağlı Çinlə məsləhətləşmirik. Onlar bu məsələni müntəzəm olaraq qaldırırlar, amma biz qaldırmırıq. Biz onlarla məsləhətləşmirik və bu, dəyişməyən uzunmüddətli siyasətimizlə uyğundur", - deyə Rubio Vaşinqtonun Tayvana potensial 14 milyard dollarlıq silah satışını dayandırması ilə bağlı suala cavab olaraq bildirib.

"Biz onların mövqeyini bilirik. Onlar bu barədə daim danışırlar", - deyə ABŞ dövlət katibi vurğulayıb və əlavə edib ki, Vaşinqton və Pekin arasında Tayvana silah satışı məsələsində "heç bir danışıqlar və ya məsləhətləşmələr" yoxdur.

Musavat.com

04.06.2026 09:05
454