Aeroport yolunda qəza oldu

Suraxanıda qəza səbəbilə sıxlıq yaranıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin (NİİM) məlumat yayıb.

Bildirilib ki, Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

16.08.2025 18:10
840